“ATV” kanalında yayımlanacaq “Böyük səhnə” musiqi müsabiqəsinin iştirakçıları Ukraynada hazırlıqlarını davam etdirirlər.
Axşam.az-ın məlumatına görə, finala qalan 12 iştirakçını səhnəyə peşəkar heyət hazırlayacaq. Finalçılar səhnədə rəqslər, maraqlı şoular göstərmək üçün dərslərdə iştirak edirlər.
Qeyd edək ki, iştirakçılarla bərabər Ukraynaya verilişin aparıcıları Rüfət Ağayev, Şəhriyar Əbilov və Günay Baxşəliyeva da gedib.