Tanınmış tarzən və müğənni Humay Qədimova, kamança ifaçısı Sevinc Qədimova Fransada çıxış edəcəklər.
Axşam.az-ın məlumatına görə, milli mətbəximizdən bəhs edən kitabın təqdimat mərasiminə qatılacaq istedadlı musiqiçilər rəsmi hissə başa çatdıqdan sonra bədii hissədə instrumental musiqilərini təqdim edəcəklər. Tədbirdə ziyalı və ictimai xadimlərin, səfirlik nümayəndələrinin və KİV-in iştirakı nəzərdə tutulub. Humay Axşam.az saytına bildirib ki, dövlət səviyyəli tədbirə ayrıca proqram hazırlayıblar. Musiqiçilərin Fransa səfərində həm də əməkdaşlıq görüşlərinin keçirilməsi gözlənilir. H.Qədimova orada fəaliyyət göstərən musiqi şirkətlərinin rəhbərləri ilə görüşəcək.
Xatırladaq ki, Humay və Sevinc Qədimovaların səfəri fevralın 21-dən 26-na kimi davam edəcək.