Bir neçə gün öncə Bakıya gələn Azəri qızı Günel xəstələnib.
Axşam.az-ın məlumatına görə, müğənni bu barədə “Tvitter” sosial şəbəkəsindəki profilində bildirib.
“Bakıya gələndən xəstə yatıram, hərarət, başağrısı məni əldən salıb” sözlərini yazan Günel buradakı işlərinin yarımçıq qalmasından şikayətlənib.
Qeyd edək ki, Günelin Bakı səfərinin əsl məqsədi Azərbaycanla bağlı hazırladığı yeni layihədir. Müğənni layihə çərçivəsində yeni mahnı və solo konsert də hazırlayacaq.