Burun əməliyyatı etdirən Emma kökəldi – fotolar

Burun əməliyyatı etdirən Emma kökəldi – fotolar
6403 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu yaxınlarda burun əməliyyatı etdirən müğənni Emma Ələkbərzadə kökəlib.

Axşam.az-ın məlumatına görə, illərdir ciddi pəhriz saxlayaraq hədsiz arıqlayan sənətçinin son vaxtlar görünüşündəki dəyişiklik diqqətdən qaçmayıb.

E.Ələkbərzadə əməkdaşımızla söhbət zamanı 5 kiloqram artıq çəki aldığını etiraf edib:

“Çəkim çoxalıb, 5 kiloqram artıb. Amma bu məni üzmür. Hədsiz arıq idim. Boyuma uyğun çəkidə deyildim. Bilirsiniz ki, çəkinin aşağı düşməsi bir çox xəstəliklərə səbəb olur. İndi istədiyim çəkiyə gəlmişəm, kökəldiyimə görə çox xoşbəxtəm. Bu halıma sevinirəm. İndi hamı mənə deyir ki, çox gözəlsiniz, yaraşır. Bir də əməliyyatdan, narkozun təsirindən bədənimdə şiş var. Bir müddət keçəndən sonra o şiş çəkiləcək və istədiyim formaya düşəcəyəm. Sevənlərimə demək istəyirəm ki, hələ dəyişikliklər çox olacaq”.