Zaurla Günay yeni layihənin iştirakçıları ilə görüşdü - fotolar

Zaurla Günay yeni layihənin iştirakçıları ilə görüşdü - fotolar
6085 dəfə oxunub
  • A-
  • A
  • A+
“Məni yarımdan soruş” lahiyəsinin ilk seçim turu başa çatıb.

Axşam.az xəbər verir ki, Türkiyənin “Rəng media” şirkəti ATV telekanalında yayımlanacaq proqramın ilk iştirakçıları ilə görüş keçirib.

Layihəni ərsəyə gətirən Hamit Tuncel, koordinator Eray Akıncı, rejissor Hudaverdi Yavuz, aparıcı Zaur Baxşəliyev, xanımı Günay Baxşəliyeva tədbirdə iştirak edib. Müsabiqə iştirakçıları layihəni səbirsizliklə gözlədiklərini bildiriblər.

Qeyd edək ki, verilişin yaradıcı heyəti Türkiyədən gətirilib. Aparıcılığını Zaur Baxşəliyevin edəcəyi  yarışma dünyanın 36 ölkəsində “My man can” (Mənim yoldaşım bacarar) adıyla ekrana gələn məşhur verilişin Azərbaycan versiyasıdır. Hazırlıq işləri tamamlanan layihə yaxın günlərdə yayıma başlayacaq.