Məşhur müğənni Rita Ora ayaqqabı şirkətlərindən birinin siması olub.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçı ayaqqabıları nümayiş etdirmək üçün kamera qarşısına keçib. Ora təkcə ayaqqabıları deyil, eləcə də ideal bədənini göstərib. Belə ki, bodidə fotosessiya etdirən Ritanı görənlər heyranlıqlarını gizlədə bilməyiblər.
Sənətçi çəkilişdən bəzi fotoları sosial şəbəkədə paylaşıb.