Floridadan olan İsabella Sainz və Cosep Konner adlı cütlük ölkə gündəmindən düşmür.Axşam.az xarici mediaya istinadən xəbər verir ki, İsabellanın 20, Cosepin isə 53 yaşı var. Aralarında 33 yaş fərqi olan cütlük ikinci dəfə valideyn olmağa hazırlaşır.
Sainzla Konner 2 il öncə tanış olublar. Bir ay sonra onların ilk övladı dünyaya gəlib. Bir neçə aydan sonra ikinci uşaqları doğulacaq ikili aralarında yaş fərqinin çox olmasına baxmayaaq xoşbəxt olduğunu bildirir.
İsabella bəzi insanların onlara "ata-qız" deyə müraciət etdiyini söyləyib. 20 yaşlı Sainzin sözlərinə görə, bəzən "Cosep atandır" deyənlərə o, "Bəli, atamdır" cavabı verir. İsabella əvvəllər bu kimi suallara əsəbiləşdiyini, lakin zaman keçdikcə bunu əyləncə kimi qəbul etdiyini vurğulayıb.
Qeyd edək ki, Konnerin ilk evliliyindən 4 övladı var.