Əkiz bacılar yeni mahnısını təqdim etdi - fotolar

Əkiz bacılar yeni mahnısını təqdim etdi - fotolar
4098 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevil və Sevinc bacıları pərəstişkarları ilə görüş keçirib.

Axşam.az xəbər verir ki, əkiz bacılar həm də yeni mahnısını təqdim edib.

“De, haradasan” adlı bəstənin təqdimatında sənətçilərin sevənləri ilə yanaşı, media nümayəndələri də iştirak edib. İfaçılar tədbir haqqında təəssüratlarını bölüşüb:

“Bizə dinləyicilərimizdən çox sayda ismarışlar gəlirdi. Biz də görüşmək istəyənlərin çox olduğunu düşünüb qərar verdik ki, həm mahnımızı təqdim edək, həm də görüş keçirək. Rəsqlər etdik, oyunlar oynadıq, bir sözlə, tədbirimiz çox maraqlı keçdi. Növbəti dəfə bu mahnının klipinin təqdimatında bir araya gəlməyi düşünürük”.