Dünyaca məşhur model Naomi Kempbel özündən 23 yaş kiçik müğənni Liam Paynla eşq yaşamağa başlayıb.
Axşam.az xəbər verir ki, İnstaqramdan bir-birinə “flört” mesajları atan cütlük, bir həftə sonra Londonda görüntülənib.
İddia edilir ki, Kempbel və Payn nigeriyalı müğənni Davidonun konsertini özəl suitdə izləyib.
Cütlük konsertdən birlikdə çıxaraq, səmimi görüntülər sərgiləyiblər.
Qeyd edək ki, Naominin 48, Paynın isə 25 yaşı var.