Türkiyəli müğənni Teoman ötən ilin dekabr ayında dünyaya gələn qızı Zeyno ilə görüntülənib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi xanımı Ayşe Kaya, övladı və dostları ilə gəzintiyə çıxıb.
Açıq havada yemək yeyən ifaçı və yaxınları körpəyə xüsusi diqqət göstərib. Ayşenin Avropa turundan yenicə qayıdan Teomanı tez-tez qucaqlayaraq öpməsi diqqət çəkib.
Qeyd edək ki, 46 yaşlı Teoman A. Kaya ilə 2012-ci ilin dekabr ayında ailə qurub.