Rusiyanın tanınmış modeli Olqa Proxorova Bakıya gəlib.
Axşam.az-ın məlumatına görə, bir neçə gündür şəhərimizin qonağı olan model burada bəzi layihələr gerçəkləşdirəcək.
"Ümid var" verilişinin prodüseri Faiq Ələkbərli Olqanın Bakıda yaşayacağını bildirib:
"Olqanın gəlişinin əsas mqsədi burada model agentliklərindən biri ilə əməkdaşlıq etməkdir. Əgər müqavilənin şərtləri hər iki tərəfi qane etsə, o burda yaşayacaq. Olqa eyni zamanda, xanımlara aid olan zövq yarışmalarından birinə qatılacaq". Qeyd edək ki, O. Proxorova Türkmənistanda və başqa ölkələrdə keçirilən gözəllik yarışmalarının iştirakçısı olub.