Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Daxili İşlər Nazirliyinin Bakı şəhərinin Xətai rayonunda yeni inşa olunmuş 6 saylı uşaq bağçasının açılışında iştirak edib.
Axşam.az-ın məlumatına görə, birinci vitse-prezident uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.
Daxili işlər naziri Ramil Usubov məktəbəqədər təhsil ocağında yaradılan şəraitlə tanış olan Mehriban Əliyevaya məlumat verib.
Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla xatirə şəkli çəkdirib.