“Sağlam olun”da bu həftə nələr olacaq? - fotolar

“Sağlam olun”da bu həftə nələr olacaq? - fotolar
1312 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalının maraqlı layihələrindən olan “Sağlam olun” verilişi bu həftə də maraqlı mövzularla ekrana gələcək.

Axşam.az-ın məlumatına görə, proqramda arıqlama üsullarından, sellülitdən söz açılacaq.

Müğənni İlhamə Qasımova arıqlamaq üçün istifadə etdiyi üsullardan danışacaq. Digər mövzuda isə böyrək ağrıları və prostat vəzidən bəhs ediləcək. Aktyor Anar Heybətov tamaşaçılara maraqlı sağlamlıq məsləhətləri verəcək.

"Sağlam olun"un adıçəkilən buraxılışları cümə axşamı və cümə günü saat 10:30-da ATV telekanalında efirə gedəcək.

Qeyd edək ki, Axşam.az saytının informasiya dəstəyi ilə yayımlanan verilişin yaradıcı kollektivi aparıcı Zərif Atayeva, redaktor Sevinc Rəcəbova, rejissor Qəmər Abbasova, koordinatorlar Vüqar Şəfiyev və Azər Baxşəliyevdən ibarətdir.