Müğənni Məryəm Şabanova kiçik oğlu Davidin bir yaşını təmtəraqlı şəkildə qeyd edib.
Axşam.az 1news.az-a istinadən xəbər verir ki, o, gecədən olan şəkilləri sosial şəbəkədəki səhifəsində paylaşıb.
“Ok” jurnalı üçün edilən fotosessiya ilə müğənni ilk dəfə övladını ictimaiyyətə nümayiş etdirib. Nigar Tahirovanın çəkdiyi şəkillər böyük maraq doğurub. Körpəsi dünyaya gəldikdən bəri M.Şabanova oğlunun şəkillərini sosial şəbəkələrdə paylaşmaqdan imtina edirdi.
Qeyd edək ki, ifaçı yaxın günlərdə övladları Daniel və Davidin də rol aldığı “Mənim dünyam” mahnısına çəkdirdiyi klipini sevənlərinin ixtiyarına verəcək.