Müğənni Sevinc Musayevanın son vaxtlar xeyli arıqlaması diqqət çəkir.
Axşam.az xəbər verir ki, sənətçi uzunmüddətli pəhriz vasitəsilə çəkisini 75 kiloqramdan 56 kiloqrama endirib. Sənətçi rejimini dinləyicilərlə bölüşüb:
“Hər gün 6-7 ədəd portağal yeyirəm. Həm vitamindir, həm də çəkini tənzimləməyə yardım edir. Səhər iki ədəd yeyirəm. Sonra çay, su qəbul edirəm. Günorta çox acanda yüngül qidalar qəbul edirəm. Üstündən yenə iki portağal və axşam da 2-3 portağal yeməklə günümün qida rasionunu tamamlayıram. Son 2-3 həftədə 3 kiloqram kökəlmişəm. 53 kiloqram olanda çox arıq görünürdüm. Hazırda 56 kiloqramam. Bizim xanımlara bir az toppuşluq yaraşır”.