Evlilik təklifi alan Aşıq Telli yeni mənzilə köçdü - fotolar

Evlilik təklifi alan Aşıq Telli yeni mənzilə köçdü -  fotolar
3514 dəfə oxunub
  • A-
  • A
  • A+
Aşıq Telli Borçalı yeni mənzilinə köçüb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Telemaqazin” verilişinə açıqlamasında evində tək yaşadığını deyib:

“Ustalara bəzi göstərişlər verdim. Dedilər ki, Telli xanım, gəlib deyilən tarixdə açarınızı götürərsiniz. Gəldim, hər şey ürəyimcə olmuşdu. Hazırda evimdə təkəm. Anam rayondadır. Yanvarın 27-də bacım oğlunun toyu olacaq. Ona hazırlaşırıq”.

Telli varlı iş adamından evlilik təklifi aldığını da bildirib:

“Bir çox evlənmə təklifləri alıram. Hətta varlı, imkanı yaxşı olan işadamı mənlə ailə qurmaq istəyir. Amma deyib ki, Telli, oxumayacaqsan, mənim pulum var, oturacaqsan evdə. İmtina etmişəm, mən sazsız yaşaya bilmərəm”.