Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: "9 il sonra qarşılaşdıq"

Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı:  "9 il sonra qarşılaşdıq"
7358 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışıb.

Axşam.az-ın məlumatına görə, “Əyrixətt” adlı “Youtube” layihəsinin qonağı olan müğənni Rüfət Məlikovun azadlığa çıxmasına münasibət bildirib. Ağayev deyib ki, həmin şəxsi bağışlayıb:

“Prokurorun istəyi 15 il idi. Mən və digər zərərçəkən 3 nəfər onu bağışladı. Bu səbəbdən həmin şəxsin cəzaçəkmə müəssisəsində keçirdiyi vaxt qısa oldu. Bir dəfə bağışlamışam, ikinci dəfə niyə bunu edim? Lakin Rüfət Məlikovla yanaşı ikinci bir şəxs var idi ki, onu bu yaxınlarda gördüm.

İştirak etdiyim şou proqramın birində mənə yaxınlaşdı, söhbət etdi. 9 il keçib, əvvəlcə tanımadım. Özünü mənə tanıtdı və münasibətim normal oldu. Bu mənim həyatımda olmuş bir səhifədir, cırıb atmamışam. Amma bu səhifə üzərində yaşamıram.

Həmin vaxt anama görə qorxurdum. Anamla məhəbbətim Leyli və Məcnun kimidir. Düşünürdüm ki, o, mənsizliyə dözməyəcək. Özümü günahkar hesab edirdim ki, niyə anamı bu vəziyyətə saldım. Həyatımda üç dəfə kliniki ölüm keçirmişəm. Ölümə qarşı soyuqqanlıyam, amma həyatı əvvəlkindən daha çox sevirəm. 2010-cu ildə həmin hadisə zamanı məni o vəziyyətdən çıxaran həkimlər əməliyyatdan bir az sonra təkcə anama icazə verdilər ki, palataya gəlsin. Elə bil anamın gəlməyini gözləyirdim. Adam belə vəziyyətdə kiməsə şikayətlənmək istəyirdi. Anam gəldi, canımı ona tapşırdım, komaya düşdüm. Narahat idim ki, mənə görə ziyan çəkənlər ölməsin".

F.Ağayev illərdir küsülü olduğu xalq artisti Flora Kərimovanın onu “gey”, qaşını alan adlandırmasından bəhs edib:

“Bu köhnə üsuldur. Aşığın sözü qurtaradan “dalay-dalay” deyir. Flora Kərimova kimi yüksək bir sənət peşəkarı mənim sənətimə irad tuta bilərdi. Bu da mənim üçün böyük təhlükə olardı. Sənətdən heç nə tapmadı, qaşıma söz atdı. Flora Kərimova ictimai məsuliyyəti olan bir qadındır. O, sırf populizmlə məşğuldur.

Deyirlər ki, kişi ağlamaz. Niyə? Kişi böyük faciədən təsirlənib ağlaya bilər. Və yaxud “qızını döyməyən dizini döyər “ kimi heyvani hisslərin üzərindən qurulmuş ittihamlar həmişə əlacsızlıqdan irəli gəlib. Savadı olmayan, öz daxili dünyasını çərçivədən çıxarmayanlara belə ittihamlar lazımdır. Sən rəqibini vura bilmirsənsə, bu üsula əl atacaqsan. Flora Kərimovanın arqumenti yoxdu deyə, düşünüb ki, 70 yaşı var, hər kəs ona inanacaq. Bu səbəbdən belə deyib”.