Elariz Amerikada restoranda çalışır

Elariz Amerikada restoranda çalışır
5832 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, müğənni Elariz Məmmədoğlu Amerikaya köçüb.

Axşam.az-ın məlumatına görə, "Greencard" qazanan ifaçı orada iş tapıb.

Belə ki, Atv.az Elarizin Amerikada kafedə çalışacağını yazıb. Məmmədoğlu açıqlamasında bunları deyib:

"Buradakı soydaşlarımız sağ olsun. Eşitdilər ki, Nyu-Yorkdayam, belə təklif etdilər. Əslən Azərbaycandan olan dağ yəhudilərinin sahibi olduqları restoranda müğənni kimi çalışıram".

Qeyd edək ki, "Greencard"ı sənətçinin həyat yoldaşı udub.