Məşhurlar Mətanətin ad günündə “hoqqa çıxardı” - Fotolar + Video

Məşhurlar Mətanətin ad günündə “hoqqa çıxardı” -  Fotolar + Video
16429 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Mətanət Əsədova paytaxt məkanlarının birində özünə təmtəraqlı ad günü və yaradıcılığının 25 illiyini edib.

Axşam.az xəbər verir ki, gecəyə xeyli sayda məşhur qatılıb.

Əsədovanın gecəsi mərhum sənətçi Nərminə Məmmədovanın “Ay işığında” mahnısının səsləndirilməsi ilə başlayıb.

Daha sonra qonaqlar çıxış edərək ifaçıya xoş arzularını dilə gətiriblər.

Gecənin maraqlı məqamlarından biri də Mətanətə gələn min bir ədəd qızılgül olub. Sənətçiyə brilyant zinət əşyaları da bağışlanıb.

Gecəyarısına qədər davam edən doğum günündə Mətanətin küsülü olduğu Sərxan Kərəmoğlu ilə barışması, xalq artisti Könül Xasıyevanın Şəkidən gəlməsi diqqət çəkib.

Ad gününə gec təşrif buyuran Mətanət İsgəndərlinin Sərxanı məclisdə görüb, şoka düşməsi isə qonaqlar tərəfindən gülüşlə qarşılanıb.

Mətanətin ad günü partisi müğənnilərin ifaları və rəqsləri ilə davam edib.

Foto: İlqam CƏBİYEV