Rəqsanə dərmanlarla arıqladığını etiraf edib - Foto

Rəqsanə dərmanlarla arıqladığını etiraf edib -  Foto
2789 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəqsanə İsmayılova son günlər xeyli arıqlamasının səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi "Show news" verilişinə açıqlamasında dərmanla artıq çəkidən xilas olduğunu etiraf edib. Rəqsanə şəkillərini fotoşop etməsi iddialarına da cavab verib:

"Bütün xanımlar soruşurlar ki, əməliyyat etmisən? Deyirlər ki, şəkildə bədənimi korreksiya edir, özümü kəsir, pomada vururam. Bunların heç birini bilmirəm. Mənə nəsə lazım olanda ya Aysuna, ya Yağmura göndərirəm ki, fotoşop edin.

Arıqlamaq üçün ciddi pəhriz saxlayıram: yemək yemirəm. Həm də dərman istifadə edirəm. Hər gün çay içir, pomidor-xiyar yeyirəm. Həfdədə bir dəfə ya xəngəl, ya badımcan-dolması yeyirəm. Hazırda 60 kiloqramam, 20 kiloqram arıqlamışam".

Rəqsanə yenidən ana olmaq istədiyini də söyləyib:

"Belə sürətlə arıqladığımı görəndə, deyirəm 2019-cu ildə də uşaq dünyaya gətirim. Amma qeysəriyyə yolu ilə ana olduğum üçün bir az vaxt keçməlidir".