Son günlər adı 13 illik ailəni dağıtma qalmaqalında hallanan müğənni Aysel Əlizadə ötən gün tədbirlərdən birinə qatılıb.

Axşam.az-ın məlumatına görə, sənətçi heç bir sualı cavablandırmayıb. O, baş verən hadisələrə münasibət bildirməyəcəyini deyib.

Aysel onu ailəsini dağıtmaqda günahlandıran Turanə Nəcəfovanı efirə çıxartdığı üçün aparıcı Xoşqədəm Hidayətqızını məhkəməyə verdiyini söyləyib. Sənətçi məhkəmə qərarına qədər heç bir açıqlama verməyəcəyini deyib.

Əlizadə bir neçə gün əvvəl İnstaqram səhifəsində paylaşım edərək, bunları yazmışdı:

"Hazırda barəmdə şəxsi və ailə həyatıma aid olan əsassız məlumatların bəzi saytlarda "Turanə Nəcəfovanın sözləri" başlığı ilə yayımlanmaqda davam etdiyini görürəm. Bu məsələ ilə bağlı məhkəmədə iş araşdırıldığından həmin işin nəticəsi elan edilənədək, xəbər verilməsin. Yəni, adım kiminsə ailəsini dağıdılmasında hallandırılmasın".

Qeyd edək ki, Turanə "Səni axtarıram" verilişində "Yetim" ləqəbli keçmiş əri, iş adamı Elçinin Aysellə eşq yaşadığını iddia edib.

Foto: İlqam CƏBİYEV
 
 
 
 
 


loading...


                 

Digər