İlhamə: “Qarşımda diz çöküb əlimi öpdü”

İlhamə: “Qarşımda diz çöküb əlimi öpdü”
2974 dəfə oxunub
  • A-
  • A
  • A+
Klipmeyker Zöhrab Ağayev xalq artisti İlhamə Quliyeva ilə barışıb.

Axşam.az-ın xəbərinə görə, bu haqda müğənni ötən gün xalq artisti Aygün Kazımovanın ad günü məclisində məlumat verib.

A.Kazımovaya arzularını bildirən İ. Quliyeva bunları deyib:

“Bu gün vacib bir gündür. Aygünü təbrik edirəm, o, böyük əziyyətlərlə bu günə gəlib çatıb. Onun xətrinə bu gün Zöhrabı da bağışlayıram. Qarşımda diz çöküb əlimdən öpdü, üzr istədi, mən də günahından keçdim”.