Hüsnü Şənləndirici azərbaycanlı pianoçu ilə - video

Hüsnü Şənləndirici azərbaycanlı pianoçu ilə -  video
1980 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən həftə Musiqi Akademiyasının təşkilatçılığı ilə şəhərimizə gələn Türkiyənin klarnet ifaçısı Hüsnü Şənləndirici yerli pianoçularımızın ifasını bəyənib.

Axşam.az-ın məlumatına görə, H. Şənləndirici gənc pianoçu Etibar Əsədli ilə eyni səhnəni paylaşaraq onu müşayət edib. Pianoçu və Hüsnü Cahangir Cahangirovun “Ay qız” əsərini birlikdə ifa ediblər.

Tədbirdə musiqiçilərlə yanaşı, dövlət rəsmiləri, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli, millət vəkili Qənirə Paşayeva, Türkiyənin ölkəmizdəki səfiri Alper Çoşkun və digər qonaqlar iştirak edib.

Qeyd edək ki, E. Əsədli daha öncə ölkəmizi bir çox beynəlxalq müsabiqələrdə təmsil edib. O, “Sarı gəlin” kompozisiyası ilə 2011-ci ildə ölkəmizə “Qran-pri” qazandırıb. Etibar yaxın günlərdə dünya şöhrətli musiqiçilərimiz Alim Qasımov və Fərqanə Qasımovayla birgə konsert proqramı ilə çıxış edəcək.