Çinarə millət vəkilləri ilə mahnı oxudu - Video

Çinarə millət vəkilləri ilə mahnı oxudu -  Video
1375 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Çinarə Məlikzadə Ankarada keçirilən bir məclisdə səhnəyə çıxıb.

Axşam.az-ın məlumatına görə, ifaçı orada “Çırpınırdı Qara dəniz” mahnısını səsləndirib.

Məclisdə millət vəkilləri də yer alıblar. Çinarə azərbaycanlı deputat Qənirə Paşayeva və Türkiyənin Büyük Birlik Partiyasının rəhbəri, millət vəkili Mustafa Desticinin yanına yaxınlaşaraq mikrofonu onlara uzadıb. Millət vəkilləri və digər qonaqlar da Çinarə ilə birlikdə mahnı ifa ediblər.

Sənətçi sözügedən görüntüləri İnstaqramda yayımlayıb.