100 min təzminatdan sonra, ikinci dəfə məhkəməyə verildilər

100 min təzminatdan sonra, ikinci dəfə məhkəməyə verildilər
12737 dəfə oxunub
  • A-
  • A
  • A+

“Sen anlat Karadeniz” serialı ilə məşhurlaşan İrem Helvacıoğlu “Söylemezsem olmaz” proqramının aparıcıları Bircan Bali və Ece Erkeni məhkəməyə vermişdi.

Axşam.az xəbər verir ki, o, tənqid və təhqir edildiyinə görə aparıcılardan 100 min lirə təzminat tələb edirdi.

Aktrisa bu dəfə verilişdə adının çəkilməməsi üçün məhkəməyə müraciət edib.

Lakin məhkəmə tələbin “Ailənin qorunması və qadına şiddətin qarşısının alınması” ilə bağlı qanuna uyğun olmadığını bildirib.

İremin tələbi rədd edilib.