Zamana meydan oxuyan dünya ulduzları -Fotolar

Zamana meydan oxuyan dünya ulduzları -Fotolar
13903 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir zamanlar uğurları ilə dünyanın diqqət mərkəzində olan məşhur qadın ulduzlar yaşlarının xeyli irəliləməsinə baxmayaraq, gözəllik və cazibələrindən heç nə itirməyiblər.

Axşam.az xarici mətbuata istinadən bu ulduzlar və onların gözəllik sirlərini təqdim edir.

Juliana Mur

"100 yaşında belə olsam, yenə gözəlliyimdən heç nə itirməyəcəyəm" deyən, məşhur 58 yaşlı ulduz günəşdən qorunduğunu və hər zaman bədənini özəl yağlarla nəmləndirdiyini deyir.

Sandra Ballok

30 yaşındakı kimi görünsə belə, 54 yaşını qeyd edən Sandra Ballok özəl bir sirri olmadığını, hər gün düzənli şəkildə alma yediyini bildirib.

Monika Belluççi

Gözəlliyi və zərafəti dillərə dastan olan 54 yaşlı Monika Belluççi 40 yaşından bəri hər gün üz dərisinə qulluq göstərdiyini, bol su içdiyini və hər gün üzdüyünü deyib.

Demi Mur

46 yaşlı Hollivud ulduzu Demi Murun meyvə-tərəvəzlərdən ibarət olan smuzi ilə bəsləndiyi, bol su içdiyi bildirilir. Aktrisa saçını qurutmaq üçün fendən istifadə etmədiyini deyib.

Şeron Stoun

Dərinin parlaqlığını nəmləndirici kremlərə borclu olduğunu bildirən 60 yaşlı ulduz bədən formasını qorumaq üçün hər gun pilateslə məşğul olur. Hər gün bir neçə min addım piyada gəzir və vaxtı olduqca masaja gedir.

Elizabet Hörli

53 yaşlı kino ulduzu gözəlliyini suya borclu olduğunu deyir. İdmanla o qədər də arası olmayan Hörli gündə 30 dəqiqə iri addımlarla piyada gəzir. Hər gün yeməkdə tərəvəz şorbası içir. Həftədə 3 dəfə balıq və qara düyü yeyir.

Madonna

Dünyanın ən cazibədar qadınlarından olan Madonnanın özəl pəhriz sistemi var. Həftənin 6 günü idman edən 60 yaşlı müğənni şəkərli içkilərdən qəti istifadə etmir.