L. və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında hesabat konserti verib.

Axşam.az xəbər verir ki, konserti Respublikanın əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri müşayiət edib.

Konsertin qonaqları arasında Mədəniyyət və Turizm Nazirinin müavinləri Sevda Məmmədəliyeva, Lalə Kərimova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin direktoru Cəlil Məlikov, bir neçə ölkənin səfiri, Bakı şəhəri musiqi məktəblərinin direktorları və başqaları iştirak edib.

Konsert proqramında Qərbi Avropa, Rus və Azərbaycan bəstəkarlarının çox maraqlı, texniki və dramaturji baxımdan mürəkkəb və nadir ifa olunan əsərləri yüksək səviyyədə səsləndirilib.

 
 
 
 
 


                 

Digər