Dreyk bir gecədə 12 mükafat aldı - Fotolar

Dreyk bir gecədə 12 mükafat aldı - Fotolar
3327 dəfə oxunub
  • A-
  • A
  • A+

“Billboard” musiqi mükafatları ötən gün sahiblərinə təqdim olunub.

Axşam.az xəbər verir ki, Las-Veqasda keçirilən tədbirdə bir neçə gün öncə Azərbaycanda konserti baş tutan Kardi Bi 21 nominasiyada namizəd olsa da, ən çox mükafat qazanan Dreyk olub.

O, 12 mükafat almaqla gecənin ulduzuna çevrilib.

Qalibləri təqdim edirik:

Ən yaxşı müğənni, Ən yaxşı kişi müğənni, “Top Billboard 200” müğənnisi, “Top hot 100” müğənnisi, Musiqisi ən çox səsləndirilən müğənni, Ən çox satılan albom, Radiolarda ən çox səsləndirilən müğənni, Ən yaxşı reper, Ən yaxşı kişi reper, “Top Billboard 200” albom, Ən yaxşı rep albomu,  Ən çox baxılan klip (“In My Feelings”) - Dreyk

Ən yaxşı yeni müğənni – Cuis Vörld

“Billboard” siyahısından uğur mükafatı, Ən yaxşı qadın müğənni – Ariana Qrande

Ən yaxşı klip, Ən yaxşı sosial media müğənnisi – BTS

Ən yaxşı turne müğənnisi – Edd Şeran

Ən yaxşı R&B turnesi, Ən yaxşı rep turnesi – Beyons və Cey Zi

Ən yaxşı qadın reper – Kardi Bi

“Top Hot 100” mahnısı, Ən çox satılan mahnı, Ən yaxşı radio mahnısı, Ən yaxşı işbirliyi - Marun 5 və Kardi Bi - “Girls Like You”

Ən yaxşı rep – Kardi Bi və Cey Balvin - “I Like It”