Sonanın avtomobilinə hücum oldu - Fotolar

Sonanın avtomobilinə hücum oldu -  Fotolar
5097 dəfə oxunub
  • A-
  • A
  • A+

"Media FM"in aparıcısı Sona Rəsulovanın avtomobili qarət olunub.

Axşam.az-ın məlumatına görə, ötən gecə oğrular aparıcının avtomobilinin şüşələrini sındırıblar. Hadisə Yasamal rayonunun Mətbuat prospekti ərazisində baş verib.

Bu haqda xəbər verən S.Rəsulova avtomobilinin "bardaçok"undakı siqaretin oğurlandığını bildirib. O, oğruların ətrafda olan başqa maşınları da soyduğunu qeyd edib:

"Qonşuyla 102-yə zəng elədik, gəldilər, sonra gedib polis bölməsində şikayət ərizəsi yazdıq. Gecə avtomobillərin əməlli-başlı soyqırımı olub, “şumlaya-şumlaya” gəliblər. Bir nəfərin maşınında şüşənin ikisini də sındırıblar. Telefonları oğurlanan kim, saatları, pulqabıları götürülən kim... Həmişə əlimə keçəni "bardaçok"a atıram. Amma “bəxtlərindən” bu dəfə elə bir şey yox idi. Bircə kiminsə maşınımda qalan siqaretini götürüblər. İndi hər yanda kameraların olduğu bir vaxtda, bu nə özbaşınalıqdır? Belə dərd olar?".