Amerikanın Massaçusets ştatında yerləşən xəstəxanalardan birinin onkoloji şöbəsində 14 tibb bacısı eyni vaxtda hamilə qalıb.

Axşam.az xəbər verir ki, klinikanın rəsmi səhifəsində yer alan məlumatda belə deyilir:

“Onkoloji şöbədə 14 hamilə tibb bacısı var. Onlardan biri əkiz uşaqların sahibi olacaq. 15 uşaq birlikdə və sürətlə böyüyür”.

Qeyd edək ki, analoji hadisə ötən il də yaşanmışdı. ABŞ-ın Arizona əyalətindəki xəstəxananın reanimasiya şöbəsində çalışan 16 tibb bacısının hamısı eyni anda hamilə qalmışdı.



                 

Digər