Yayın ləzzəti - Limonadın hazırlanması

Yayın ləzzəti - Limonadın hazırlanması
2092 dəfə oxunub
  • A-
  • A
  • A+

Orqanizm üçün ən faydalı içki ev şəraitində hazırlanan limonaddır.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, limonadın tərkibində C, A, P, B1 və B2 vitaminləri, kalium, kalsium, fosfor və s. elementlər olur. Yüksək qızdırma zamanı limonad içmək su balansının normallaşmasına və temperaturun düşməsinə səbəb olur. Limonad içmək soyuqlama, iştahanın azalması, sinqa, oynaq ağrıları zamanı xəstəlik əlamətlərinin azalmasına səbəb olur. Toksikoz zamanı hamilə qadınlara limonad içmək məsləhət görülür.

Tərkibi:
6 ədəd limon
1 kq toz şəkər
6 lt su

Hazırlanması:
Şəkər böyük bir qaba tökülür. Limonların qabıqları sürtgəcdən rəndələnər. Şəkərlə limon qabıqlarının rəndəsi qarışdırılar. Ovma üsulu ilə limonun ətri çıxana qədər (şəkər yaxşıca saralana qədər) qarışdırmağa davam edilir

Limonlar ortasından kəsilib qarışmının üzərinə sıxılır. 6 lt su az-az əlavə edilərək şəkər əridilir. Başqa bir qaba süzülür. Soyuması üçün şüşələrə doldurularaq soyuducuya qoyulur.