Kinoteatrlar "Bozbash pictures"i küsdürdü

Kinoteatrlar "Bozbash pictures"i küsdürdü
1336 dəfə oxunub
  • A-
  • A
  • A+
Son bir neçə ildir hər yay film çəkdirib, martda qala gecə keçirən "Bozbash pictures" bu dəfə ənənəsinə sadiq qalmayıb.

Axşam.az-ın məlumatına görə, komanda bu dəfə film çəkməkdən imtina edib. Bu haqda aktyor Elşən Orucov saytımıza açıqlamasında danışıb.

O, “Bozbash Pictures” hər yay film çəkir və martın 1-i təqdim edir. Bu il isə çəkilişlərdən bir xəbər yoxdur” sözlərini belə cavablandırıb:

“Film məsələsi sual altındadır. Çünki kinoteatrda baş verən böhran hər kəsə təsir edib. Ona görə də sual yaranıb ki, çəkək, ya yox? Hər il keyfiyyət, yenilik üçün büdcəni artırırıq. “Bombaltı”da əkşn səhnələri çox idi. Ancaq kassası bizi qane etmədi. İstədiyimiz gəliri gətirmədi. Tamaşaçını kinoteatrdan küsdürdülər. Əvvəlki kimi axın olmur. Son çıxan filmlərdən ən çox bəyəniləni bizimkidir.

Təsəvvür edin ki, o biri filmlər nə gündədir. Tamaşaçıda günah yoxdur. Sistemdə elə insanlar var ki, bu sahəyə aiddiyyəti yoxdur. Bu işə alver kimi baxırlar, istəyirlər ki, tez-bazar pul qazansınlar. Ona görə də, keyfiyyət ikinci plana keçir. O da, bir-iki dəfə təsir etmir, üçüncü dəfədən sonra özünü büruzə verir.

İllər əvvəl iki-üç nəfər dostumuzla film çəkməyə başladıq, məqsəd pul qazanmaq deyildi. İstədik ki, bizdə də yaxşı komediya filmi olsun. İnsanlar deyir ki, bunlar nə qədər pul qazanır. Hazırda yenə film çəkə bilərik. Amma bilirik ki, yaxşı büdcə qoymasaq, işimiz keyfiyyətli olmayacaq. Çəkdiyimizdə alver etsək, keyfiyyətdən əsər-əlamət qalmayacaq. Ona görə də, bu il film məsələsi qalıb".