“Elvan”ın konfetinin içərisindən iynə çıxdı

“Elvan”ın konfetinin içərisindən iynə çıxdı
1680 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda “Elvan” şirkətinin istehsalı olan “Toffix” konfetinin içindən iynəyə bənzər dəmir parçası çıxıb.

Axşam.az Primetime.az-a istinadən xəbər verir ki, bununla bağlı Kamran Əli adlı Bakı sakini sosial şəbəkədə paylaşım edib.

Şikayətçi bildirir ki, iynədən incə dəmir parçasını son anda boğazından çıxarıb.

Şirkətdən verilən məlumata görə isə, Toffix konfetlərindən dəmir çıxması təəccüblüdür:

“Bazarda həmin məhsulun saxtası və bənzəri çoxdur. Biz məhsullarımızın keyfiyyətinə bələdik”.