“Yol hərəkəti haqqında” - Sərəncam

“Yol hərəkəti haqqında” - Sərəncam
1449 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması halları artırılır.

Axşam.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Dəyişiklik qanunun 12-ci (Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi) maddəsinə edilir.

Maddəyə edilən əlavəyə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda onların hərəkəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.