Mustafa Sandal sevgilisindən 100 minə görə ayrılıb

Mustafa Sandal sevgilisindən 100 minə görə ayrılıb
4510 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Mustafa Sandalın sevgilisi Melis Sütşurupdan ayrılıq səbəbi bəlli olub.

Axşam.az xəbər verir ki, bu barədə “İkinci sayfa” proqramında məlumat verilib.

Bildirilir ki, Mustafa Sandal sevgilisindən 100 min lirə borc pul alıb.

Daha sonra Melisin rəfiqəsi Mustafanın başqası ilə olan yazışmalarını ona göndərib.

Yazışmalarda Mustafanın “Melisdən ayrılmaq istəyirəm, lakin ona borcum var. Borcumu verəndən sonra ayrılacam” sözləri yer alıb.

Bundan xəbərdar olan Melis isə Mustafadan ayrılıb.