Dünyaca məşhur azərbaycanlı rəssam Sakit Məmmədov Türkiyənin nüfuzlu “Hello” dərgisinə müsahibə verib.

Axşam.az xəbər verir ki, onun müsahibəsi bu həftə işıq üzü görən jurnalda dərc olunacaq.

Bu barədə dərginin rəsmi səhifəsində məlumat verilib.

Bildirilir ki, 5 oktyabradək “Tophane-i Amiredə 160-dan çox əsər nümayiş etdiriləcək. Yüzdən çox əsər isə qadın portretlərindən ibarətdir. Bunun səbəbini isə verdiyi müsahibəsində Sakit Məmmədov belə açıqlayıb:

“O qadınlar bütün dünyadan olanlardır. Anaların və ruhların milləti yoxdur. Qadınlar analarımız, bacılarımız, yarımız və sevdiklərimizdir. Bir qız uşağı dünyanın ən zərif və incə varlığıdır. Mən də tablolarımda analara və qız uşaqlarına daha çox yer verirəm. Onları ən gözəl şəkildə təsvir edirəm”.

Qeyd edək ki, Sakit Məmmədov Azərbaycanın xalq rəssamı, UNESCO Rəssamlar İttifaqının üzvüdür.



                 

Digər