Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Axşam.az-a verilən məlumata görə, gələn il mayın 12-dən 16-dək Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı qeydə alınıb.

"Eurovision" müsabiqəsi 12, 14 və 16 may tarixlərində Rotterdam şəhərində “Ahoy Arena”-da keçiriləcək.

Qeyd edək ki, “Avroviziya"nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.



                 

Digər