Türkiyənin Hakkari vilayətində dövlət xəstəxanasında çalışan azərbaycanlı plastik cərrah Elnarə Məmmədova həbs edilib.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, buna səbəb kimi onun 8 xəstədən müxtəlif miqdarda pul tələb etməsidir.

Xəstə yaxınlarının polisə xəbər verməsi ilə onun haqda istintaq prosesi başlayıb.

E.Məmmədova xəstə yaxınlarından seriya nömrəsi bəlli 1500 lirə alarkən polis tərəfindən yaxalanıb.

 
 
 
 
 


loading...


                 

Digər