Gəlindən qeyri-adi dırnaq dizaynı - Atasının külünü...

Gəlindən qeyri-adi dırnaq dizaynı - Atasının külünü...
5746 dəfə oxunub
  • A-
  • A
  • A+

Böyük Britaniyalı Şarlotta Uotson toy gününə xüsusi hazırlaşırdı.

Onun ən böyuk arzusu atasının onu əlindən tutaraq mehraba aparması idi. Lakin, Şarlottanın atası toya 4 gün qalmış xərçəng xəstəliyindən vəfat edir. Heç nəyə baxmayaraq, gəlin arzusunu qismən də olsa, həyata keçirməyi bacarır. O, atasının külündən manikürdə istifadə edir. Bu fikir isə onun bacısının ağlına gəlib. Manikür ustası olan gənc qız bunun üçün şəffaf akril boyanın üzərinə külün bir hissəsini çəkib.

"Bu mənim həyatımda heç vaxt unutmayacağım hadisə oldu. Arzum qismən də olsa həyata keçdi. Atam toy boyu sanki mənimlə idi" deyə gənc qız bildirib.