Bir neçə gündür sosial şəbəkə müzakirələrə səbəb olan gəncin diz çökdürüldüyü görüntüdə yer alan ailə "Bizimləsən" verilişinə gəlib.

Axşam.az xəbər verir ki, Bərdədə yaşanan hadisədə bir kişi azyaşlı oğlanı diz çökdürüb, onu hədələyib və özünə qeyri-etik sözlər deməsini məcbur edib.

Gəncin atası və onu hədələyən kişi aparıcı Zaur Baxşəliyevin proqramında üz-üzə gəliblər. Aparıcı tərəfləri barışdırmağa çalışsa da, söhbət daha da böyüyüb. Kişilər arasında canlı yayım zamanı mübahisə düşüb. Hətta onlar əlbəyaxa davaya qalxıblar. 

Gəncin atasının "Oğlumdan üzr istə, bu məsələ bağlansın" sözləri qarşı tərəfi özündən çıxarıb. Studiyadakılar onları ayırmağa çalışıblar. Həmin gprüntüləri təqdim edirik: 



                 

Digər