“Rahat olmaqdan ötrü adalara gedirəm” - Məleykə Əsədova

“Rahat olmaqdan ötrü adalara gedirəm” - Məleykə Əsədova
1697 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Məleykə Əsədova “Xəzər” TV-də yayımlanan “İncə şarm” proqramında qonaq olub.

Axşam.az xəbər verir ki, o, veriliş zamanı qızı Gülərlə münasibətlərindən söz açıb:

“Çox ciddi anayam. Eyni zamanda kövrək və “uşaq” anayam. Qızımın vokal imkanları var. Amma bu sənətə yönəltməyəcəm”.

Tez-tez xaricə tətilə yollanan sənətçi uzaq ölkələrə getməsini belə izah edib:

“Rahat olmaqdan ötrü adalara gedirəm. Qızım da, mən də dənizi çox sevirik. Ona görə uzağa üz tuturuq”.