Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında C. Cabbarlının “Oqtay Eloğlu” pyesi əsasında tamaşa nümayiş olunub.

Axşam.az xəbər verir ki, tamaşada baş rolu canlandıran Əməkdar artist Elnur Kərimov bununla bağlı paylaşım edib:

“21-ci əsr Azərbaycan teatrının ilk “Oqtay Eloğlu”su kimi səhnədə oynamaq çox böyük məsuliyyət idi. Çünki əsərin yazılma səbəbi, teatr sevgisi, buranı sağlam qorumaq və heç nəyə baxmadan yaşatmaq hər “teatrı sevirəm” sözünü deyənə aid deyil. İlk tamaşa 26 noyabrda teatr qanunlarına əsasən “Baxış” adı altında yalnız teatr ictimaiəttinə təqdim olundu. Sevindiici məqam Cəfər Cabbarlının ailə üzvlərinin də tamaşada iştirakı idi. Tamaşaöncəsi sürprizlərlə qarşılaşmaq bir çox insanın düşüncəsinin sağlam olmadığını anlamaq, buna baxmayaraq özünə inanmaq gözəl hissdir. Cəfər Cabbarlının ruhuna hörmət edən hamıya təşəkkür edirəm”.

Qeyd edək ki, səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov, rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı isə Şamxal Novruzludur.

Tamaşada Xalq artistləri Qurban İsmayılov, Yasin Qarayev, Əməkdar artistlər Elşən Rüstəmov, Şövqi Hüseynov, Qəmər Məmmədova, Elnur Hüseynov, Elşən Çarhanlı, aktyorlar Kərəm Hadızadə, Manaf Dadaşov, Sevinc Mehrəliyeva, Günel Məmmədova, Səbinə Məmmədova, Asya Atakişiyeva, Elşən Hacıbabayev, Anar Seyfullayev, Xaliq Bəkirov, Vüqar Məmmədəliyev, Ceyhun Məmmədov, Ramil Məmmədov, Rəşad Səfərov, Vahid Orucoğlu, Elgün Yəhyayev, Elşən Şıxəliyev, Eyvaz İbrahimov, Aydın Dəmirov, Mirzəağa Mirzəyev, Könül Əbilova, Aygün Fətullayeva, İlahə Əmirxanova, Hilal Dəmirov, Nəzrin İsmayılzadə və İmran Qurbanov rol alıblar.

 
 
 
 
 
 
 
 


                 

Digər