Rza Zərrab xərçəng xəstəsidir?

Rza Zərrab xərçəng xəstəsidir?
2428 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Ebru Gündəşin həyat yoldaşı, iş adamı Rza Zərrab ötən gün xəstəxanaya aparılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dekabrın 17-də rüşvət və qaçaqmalçılıq ittihamı ilə həbs edilən Rzanın böyrəküstü vəzisindəki şiş yoxlanacaq. Vəzidə xərçəng xəstəliyinin yarandığı ehtimal edilir.

Qeyd edək ki, R. Zərrab həbs edilərkən xərçəng olduğunu bildirmiş, bir neçə gün sonra isə bədənindəki şişin böyüdüyünü və təcili kimyaterapiyaya ehtiyacı olduğunu demişdi.