Çağla Şikəllə podiuma çıxan Xədicədən yeni fotosessiya

Çağla Şikəllə podiuma çıxan Xədicədən yeni fotosessiya
5401 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanlı fotomodel Xədicə İbrahimli yeni fotosessiya etdirib. 

Axşam.az-ın məlumatına görə, modelin çəkilişi dəniz kənarında baş tutub. Uzun illərdir Türkiyədə çalışan Xədicə özünü modelyer kimi də sınamaq fikrindədir. O, apreldə Bakıda möhtəşəm dəfilə keçirəcəyini bildirib:

“2008-ci ildə İstanbulda moda dizayn məktəbini bitirmişəm. Hazırda fotomodel kimi çalışıram. İstanbul moda həftəsində iştirak etmişəm. Çağla Şikəl, Tülin Şahin, Sema Şimşek kimi modellərlə eyni podiumu paylaşmışam. Hazırda modelyer kimi də fəaliyyət göstərirəm. Apreldə Bakıda keçiriləcək dəfiləmdə yaz-yay kolleksiyalarını nümayiş etdirəcəm”.

Foto: Bəhruz ƏLİZADƏ