Mənsum İbrahimov professor oldu - foto

Mənsum İbrahimov professor oldu - foto
3605 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı Mənsum İbrahimov daha bir uğura imza atıb.

Axşam.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, o rəsmən professor adına layiq görülüb. Mənsum İbrahimov bildirib ki, bu gün ona Azərbaycan Dövlət Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev tərəfindən muğam sahəsində professorluq diplomu təqdim olunub. Onun sözlərinə görə, bu amil Azərbaycanda muğamın inkişafının göstəricisidir.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə muğam sahəsində professor adını bir neçə il əvvəl muğam ustası Arif Babayev qazanıb.