Mətanət İsgəndərlinin qızının toyu yayda olacaq

Mətanət İsgəndərlinin qızının toyu yayda olacaq
5983 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Mətanət İsgəndərli nişanlı qızı Ülkərin toyuna hazırlaşır.

Bu haqda Axşam.az-ın müxbiri ilə söhbətində müğənninin bacısı danışıb və media nümayəndələrinin toy mərasiminə buraxılmayacağını bildirib:

“Ülkərin toyuna hazırlıqlar başlayıb. Mərasim yayın ilk aylarında olacaq. Nişan mərasiminə media əhlinin buraxılmaması Mətanət xanımın yox, oğlan evi arzusu idi. Elə Ülkər  də şəxsi həyatının mediada işıqlandırılmasını istəmir. Toyda da belə olacaq: Onlar nə qərar versələr, Mətanət razılaşacaq”.

Qeyd edək ki, Ülkər və Orxanın nişan mərasimi oktyabrın 30-da baş tutub.