Balaca aktyorların ifasında yeni tamaşa

Balaca aktyorların ifasında yeni tamaşa
1329 dəfə oxunub
  • A-
  • A
  • A+
Balaca aktyorlar “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah” tamaşasını təqdim edəcəklər.

Martın 8-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah” tamaşası nümayiş etdirəcək.

Teatrdan AzərTAc-a bildirmişlər ki, tamaşa Bakı Uşaq Teatrı nəzdində fəaliyyət göstərən “Günay” uşaq teatrının balaca aktyorlarının ifasında təqdim olunacaq.

Tamaşanın rejissoru teatrın baş rejissoru Larisa Tarusovadır.