Dünya şöhrətli rəqqas Bakıda

Dünya şöhrətli rəqqas Bakıda
1033 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə martın 11-dən 19-dək Bakıda “Muğam aləmi” Üçüncü Beynəlxalq muğam festivalı keçiriləcək.

Festivalda beynəlxalq elmi simpozium, muğam ifaçılarının müsabiqəsi və dünyanın tanınmış musiqiçilərinin konsertlərinin keçirilməsi nəzərdə tutulub.

Festival çərçivəsində Heydər Əliyev Sarayında flamenqo rəqsinin mahir ifaçısı, aktyor, xoreoqraf, dünya şöhrətli ispan rəqqas Joaquin Cortesin iştirakı ilə konsert proqramı təşkil olunacaq.

Martın 18-də keçiriləcək konsertdə Joaquin Cortes özünün yeni “DİSEN DE Mİ” adlı möhtəşəm rəqs proqramını təqdim edəcək.

AzərTac