Lətifəyə göz dəydi, halı pisləşdi

Lətifəyə göz dəydi, halı pisləşdi
1588 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Lətifə Söyuöz bir müddətdir, xəstə yatır.

Bu haqda Axşam.az saytına sənətçinin özü deyib. O, təqdimatdan sonra gözə gəldiyini, xəstə yatağından qalxa bilmədiyini söyləyib:

“Təqdimatdan sonra dincəlmədim. Konsertlərə getdim, dəvətlərdən imtina etmədim. Çox yoruldum. Gücüm qalmadı. Uzun müddətdir, evdə xəstə yatıram. Nə qədər müalicə olunsam da, ayağa qalxa bilmirəm. Təqdimatdan sonra gözə gəldim. Dünən güc toplayıb bir verilişə qatıldım. Hazırda ev şəraitində müalicə alıram. Bölgələrə konsertlərə dəvət olunmuşam, amma əksəriyyətindən imtina etməli oldum”.

Qeyd edək ki, Lətifə Soyuöz bu yaxınlarda “6/8” adlı layihəsinə təqdimat keçirmişdi.