"Məhkumlar"ın yeni bölümündə nələr olacaq? (Video)

"Məhkumlar"ın yeni bölümündə nələr olacaq? (Video)
871 dəfə oxunub
  • A-
  • A
  • A+

Böyük tamaşaçı auditoriyasının rəğbətini qazanmaqda davam edən “Məhkumlar” bədii televiziya serialının 22-ci bölümü də dramatizmi, dinamikası, hadisələrin sürətli inkişafıyla yadda qalır.

Bu hissədə böyük bir seçim qarşısında qalan Zərintac Şahmarı öldürtmək qərarına gəlir. Ən maraqlısı isə odur ki, o bu planını həyata keçirməyi Şahmarın həyat yoldaşı Tunzaləyə həvalə edir. Hadisələr o həddə gəlib çatır ki, oğlunu bir an belə gözünün qabağından kənar olmağa qoymayan Zərintac Adildən Azərbaycanı təcili şəkildə tərk etməyi xahiş edir, hətta buna görə ona yalvarır.
Şəbnəm anası Tunzalənin ikili oyununa – Xuramanla əlaqə saxlamasına şahid olur. Sahibi olduğu şirkəti qızı Leylanın adına keçirən Bəhram inandığı, etibar etdiyi Zər Şahmarın tələsinə tuş gəlir. Hamilə, bətnində körpə gəzdirən Solmaz isə itib. Hamı, hər yerdə onu axtarır.

Bütün bu hadisələrin necə nəticələndiyini bilmək istəyirsinizsə, bu gün axşam saat 19.15-də ATV kanalında “Məhkumlar” serialını izləməyi unutmayın.